Bu gün, 10 Sen 2019
Gecə
31°
Gündüz
36°
FAKTİKİ HAVA
33°
Hava proqnozu
SƏSLİ PROQNOZ10.09 Ç.a. | 11.09 Ç. | 12.09 C.a. | 13.09 C. | 14.09 Ş. | 15.09 B. | 16.09 B.e |
---|---|---|---|---|---|---|
GECƏ 28° GÜNDÜZ 33° KÜLƏYİN GÜCÜ Zəif Mülayim |
GECƏ 28° GÜNDÜZ 33° KÜLƏYİN GÜCÜ Güclü Mülayim |
GECƏ 28° GÜNDÜZ 33° KÜLƏYİN GÜCÜ Zəif Mülayim |
GECƏ 28° GÜNDÜZ 33° KÜLƏYİN GÜCÜ Zəif Mülayim |
GECƏ 28° GÜNDÜZ 33° KÜLƏYİN GÜCÜ Zəif Mülayim |
GECƏ 28° GÜNDÜZ 33° KÜLƏYİN GÜCÜ Zəif Mülayim |
GECƏ 28° GÜNDÜZ 33° KÜLƏYİN GÜCÜ Zəif Mülayim |
Haqqımızda
Tariximiz
Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır.
Azərbaycanda İqlim Dəyişmələri üzrə milli səviyyədə fəaliyyətlər
Azərbaycan Respublikası Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulmuşdur. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yeniləndirilməsi, milli məlumatlarin hazırlanması kimi öhdəliklər götürmüşdü və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilmişdir. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya etmişdir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına özünün Nəzərdə Tutulan Milli səviyyədə müəyyən edilmiş Töhfələrində qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürmüşdür.
BEYNƏLXALQ SAZİŞLƏR
Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulmuş və Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiq edilmişdir.
Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmiş və ölkə prezidenti tərəfindən imzalanmışdır.
Paris Sazişi 2016-cı ilin aprelində imzalanmış və 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunmuşdur. Paris Sazişinə əsasən Azərbaycan Respublikası Nəzərdə Tutulan Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrini Konvensiya Katibliyinə təqdim etmiş və qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili ilə(1990) müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürmüşdür.
İSTİLİK EFFEKTİ YARADAN QAZ EMİSSİYALARININ ÖLKƏ ÜZRƏ MİQDARI
İstilik Effekti Yaradan Qaz Emissiyalarının (İEYQ) inventarlaşma prosesi zamanı Enerji, kənd təsərrüfatı, tullantı, TİTİDM (Torpaqdan İstifadə və Torpaqdan İstifadənin Dəyişdirilməsi və Meşə təsərrüfatı) sektorları və CO2, CH4, N2O, HFC, CF4 qazları əhatə olunmuşdur.
Azərbaycan Respublikasında ümumi emissiya baza ilində (1990) 73.331 Gq CO2 ekvivalenti (TİTİDM nəzərə alınmadan); net emissiya isə 69.641 Gq CO2 ekvivalenti (TİTİDM daxil edilməklə) olmuşdur.
Baza ili ilə müqayisədə ümumi emissiya səviyyəsində 35% azalma nəzərdə tutulur ki, bu da 25.666 Gq CO2 ekvivalenti (TİTİDM nəzərə alınmadan)
24.374 Gq CO2 ekvivalenti (TİTİDM nəzərə alınaraq) olacaqdır.