Mart ayı üçün İcmal

Yanvar ayında Xəzər dənizinin Azərbaycan sektorunda dənizin orta səviyyəsi Baltik sistemi ilə -28,06 m, maksimal səviyyə -27,98 m, minimal səviyyə isə -28,12 m təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar ayında orta göstərici -27,75 m olmuşdur. Son on ilin yanvar ayında orta səviyyənın santımetrlərlə qiyməti həmişə müsbət olsa da, 2020-cu ilin yanvar ayında səviyyənin qiyməti sıfırdan kiçikdir (-6 sm).
Yanvar ayında küləyin maksimal sürəti açıq dənizdə 22 m/san, şimal sahillərdə isə 6 m/san olmuşdur. Hər iki regionda şimal-qərb istiqamətli küləklər hakim olmuşdur, Abşeron yarımadasında isə maksimal sürəti 19 m/san olan şimal küləyi qeydə alınmışdır.
Xəzərin Azərbaycan sektorunda noyabr ayında açıq dəniz akvatoriyasında dəniz dalğalarının orta hündürlüyü1,6 m, maksimal hündürlüyü isə 3,6 m olmuşdur.
Qış ayları üçün dəniz suyununorta duzluluğu 9-11‰ arasında tərəddüd edir. Baxılan zaman intervalında duzluluğun orta qiyməti 9,78‰ təşkil etmişdir.Keçən ilin yanvar ayı ilə (10,89‰) müqayisədə duzluluğun orta kəmiyyətində azalma müşahidə olunmuşdur.