Hava keyfiyyətinə nəzarət

Azərbaycanın Avropa İttifaqı ilə mövcud olan Fəaliyyət Planında atmosfer havasının monitorinq sisteminin Aİ Direktivlərinə uyğun fəaliyyətinin mərhələlərlə təmin olunması nəzərdə tutulub. Öhdəlikdə fasiləsiz fəaliyyət göstərən üçüncü nəsil avtomatik məntəqələrin quraşdırılması tələb olunur. Bununla əlaqədar İsveçin OPSİS AB şirkətindən 1 ədəd onlayn rejimdə çalışan müşahidə məntəqəsi alınmışdır. Məntəqənin 2016-cı ilin may ayından etibarən H.Əliyev pr.10 ünvanında fəaliyyəti təmin edilmişdir. Hazırda hər gün bu məntəqədən atmosfer havasında PM10 (asılı hissəciklər), NO2, SO2, benzol, toluol, kselol kimi qaz birləşmələri və ozonun  səviyyəsi üzrə monitorinq nəticələri alınır.

şəkil 1

Atmosfer havasının çirklənməsinin monitorinqi üzrə iri şəhərlərdə yerləşən müşahidə məntəqələrinin onlayn rejimdə çalışan müşahidə məntəqələri ilə əvəz olunması ETSN-nin qarşısında duran prioritet məsələlərdən biridir. Belə ki, 2019-cu  il üçün nəzərdə tutulmuş İnkişaf Konsepsiyasına uyğun olaraq yaxın müddətdə 1 səyyar laboratoriyanın əldə edilməsi və atmosfer havasının monitorinqi üzrə 5 stasionar məntəqənin quraşdırılması nəzərdə tutulub. Atmosfer havasının çirklənməsinin monitorinqinin  modernzasiyası prosesindən sonra nəzərdə tutulmuş şəbəkə xəritədə təsvir olunur.

şəkil 2

Altıağac Milli Parkının ərazisində Xızı məntəqəsi  Azərbaycan Respublikası tərəfindən 2002-ci ildə ratifikasiya edilmiş BMT-nin Avropa İqtisadi Komissiyasının “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında Konvensiya”nın  tələblərinə uyğun olaraq 2012-ci ildən fəaliyyət göstərir. Məntəqədə mütəmadi olaraq yağış və anion- kationların (Cl-, SO4 2-, NO3-,Na+, K+, Mg2+, Ca2+, NH4+) təyinin məqsədilə nümunələr götrülür, müvafiq  analizlər aparılır. Hazırda məntəqədə yer səthində ozonun və PM2.5 -in monitorinqi həyata keçirilir.

şəkil 3