Laboratoriya Mərkəzi
Laboratoriya Mərkəzinin tabeliyində olan Qazax və Beyləqanda yerləşən laboratoriyalar mütəmadi olaraq Kür və Araz çaylarının transsərhəd çirklənməsinə nəzarət edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09.07.2018-ci il tarixli 440/ü saylı əmrinə əsasən Kür çayının mənsəbinə nəzarət məqsədilə Neftçala regional kompleks monitorinq laboratoriyası yaradıldı və Laboratoriya Mərkəzinin nəzdində fəaliyyət göstərir.
2019-cu ildə Mərkəz Avropa İttifaqının dəastəyi ilə muasir cihaz və avadanlıqlarla təchiz olunmuş, yeni metodikalar tətbiq edilmiş, təyinatların sayı artırılmış, analizlər daha səmərəli üsullarla əvəz edilmişdir. Analizlər beynəlxalq İSO və QOST standartlarına əsaslanan metodikalar üzrə aparılır.
Mərkəz ətraf mühitin hər üç komponenti üzrə çirkləndiricilərin, o cümlədən ağır metalların, xlorüzvi, fosforüzvi pestisid, herbisid və PXB qalıqlarının, havada aromatik karbohidrogenlərin, anion və kationların təyini məqsədi ilə müxtəlif cihaz və avadanlıq ilə təchiz olunub. Almaniyanın “Analytik Jena” şirkətinin istehsalı olan “ZEENİT 650” atom absorbsiya spektrometri, “DİONEX-1100” ion xromatoqrafi, Agilent GC 7890A, Yaponiyanın Shimadzu firmasının TQ 8050NX GC MS qaz xromatoqrafı, AA 7000 spektrometri, Trace 1310 qaz xromatoqrafı, Advanced Microvave Digestion System- mikrodalğalı soba və s. misal göstərmək olar.
Həmçinin, Mərkəzin laboratoriyaları səth sularının fiziki-kimyəvi göstəricilərini çöl şəraitində təyin etmək üçün konduktometrlər, bulanıqlığı təyin etmək üçün Turbidimetr, pH-metr, oksimetrlər ilə təchiz edilib. Stasionar şəraitdə elektron laboratoriya tərəzisi, atmosfer havasının, yağıntı, torpaq və təbii suların tərkibini təyin etmək üçün ”Perkin Elmer” firmasının istehsalı olan “Lambda 35” UB, “Spekоrd 205” spektrometrləri və digər avadanlıqlar Mərkəzin cihaz parkına daxildir.
Atmosfer yağıntıları və dayanıqlı qar nümunələri üzərində 11 çirkləndirici -elektrik keçiriciliyi, hidrogen göstəricisi (pH), sulfat (SO42-), nitrat (NO3-), ammonium (NH4+), xlorid (Cl-), ortofosfat (PO43-), hidrokarbonat (HCO3-), kalsium (Ca2+), maqnezium (Mg2+) ionları və codluq üzrə analiz aparılır.
Təbii sularda- hidrogen göstəricisi, elektrik keçiriciliyi, həll olmuş oksigen (mq/l və %), qoxu, rəng, bulanıqlıq, şəffaflıq, çirkləndiricilər (fenol, SSAM-Sintetik Səthi Aktiv Maddələr), əsas ionlar (Cl-, SО42-, HCО3-, CО32-, Ca2+, Мg2+, Nа++К+, ionların cəmi), biogen maddələr (nitrat, nitrit, ammonium, ortofosfat ionları), codluq və Oksigenin Bioloji Sərfi (OBS5) üzrə analizlər həyata kecirilir.
Radioaktivliyin monitorinqi Respublikanın bütün bölgələrini əhatə etməklə 11 məntəqədən (Bakı, Sumqayıt, Neft Daşları, Şəki, Zaqatala, Ağstafa, Ağcabədi, Naxçıvan, Lənkəran, Gəncə, Quba) radioaktiv çöküntüləri üzrə nümunələr laboratoriyaya daxil olur və radionuklidlərin ( Cs137, K40, Sr 90) təyini üzrə analizlər aparılır.
Torpaqların monitorinqi- torpaq nümunələri üzərində elektrik keçiriciliyi, hidrogen göstəricisi (pH), sulfat (SO42-), nitrat (NO3-), ammonium (NH4+), xlorid (Cl-), ortofosfat (PO43-), hidrokarbonat (HCO3-), kalsium (Ca2+), maqnezium (Mg2+) ionları, codluq, humus, mexaniki tərkib, ağır metallar (Pb, Ni, Cr, Cu, Cd, Mn, Fe, Al, Zn, As, Sn, Se) və pestisidlər üzrə analiz aparılır.
Bioloji monitorinq- səth sularında indikator kimi makrobentoslardan istifadə etməklə mikroskop vasitəsilə növlərin təyinatı və suyun keyfiyyətinin qiymətləndirilməsi aparılır.
Səyyar laboratoriya- monitorinq şəbəkəsi ilə əhatə olunmayan ərazilərdə atmosfer havasında müxtəlif qaz qarığıqlarının təyini üçün avtomatlaşdırılmış rejimdə işləyən analizatorlarla, suda və torpaqda fiziki-kimyəvi analizləri aparmaq üçün spektrometr, oksimetr, pH-metr, konduktometrlə təchiz olunmuşdur.