Hidrometeoroloji lüğət

1. Hidroqrafik şəbəkə - hər hansı bir ərazidə çayların və başqa daimi və müvəqqəti axan su axarlarının eləcə də göllərin vəhdəti
2. Hidroloji xarakteristikalar – Çay hövzələrinin hidroloji rejim elementlərinin və morfoloji ünsürlərinin (su sərfinin və səviyyənin xarakterik qiymətləri, axının sürəti, meyillik haqqında məlumat, meşəlik, suyun kimyəvi tərkibi, buz bağlama) kəmiyyət baxımdan qiymətləndirilməsi
Hansı hidoroloji xarakteristikalari tanıyısınız?
3. Suların mühafizəsi - Xalq təsərrüfatının inkişafı üçün yerüstü və yeraltı suların kəmiyyət və əsasən də keyfiyyət baxımdan qorunması məqsədilə həyata keçirilən tədbirlər. Bu tədbirlərin tərkibinə suqoruyucu meşə zolaqlarının salınmas və qorunması işləri,eroziya proseslərinin azalması,sənaye və müəssisələrdən atılan suların təmizlənməsi daxildir.
ETSN-də bu istiqamətdə hansı işlər görülür
4. Göllərin duzlaşması – göllərdə duzların toplaşması prosesi nəticəsində onlarda minerallaşma dərəcəsinin 1000 mq/l dən cox artmasıdır.
Dünyada belə göllər ?
Azərbaycanda duzlu göllər hansılardır?