Qanunvericilik
-
Azərbaycan Respublikasının Su Məcəlləsi Bu Məcəllə Azərbaycan Respublikasında su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı hüquq münasibətlərini tənzimləyir.
-
Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu Bu Qanun Azərbaycan Respublikasında hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələrin, tədqiqatların və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların hazırlanması, istifadəsi və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.
-
Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu Bu Qanun Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində yer təkinin öyrənilməsi (axtarış, kəşfiyyat), onun səmərəli istifadəsi, mühafizəsi və görülən işlərin təhlükəsizliyi ilə əlaqədar münasibətləri tənzimləyir, yerin təkindən istifadədə dövlətin, yer təki istifadəçilərinin və vətəndaşların mənafelərinin qorunmasını təmin edir.
-
Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu Bu Qanun meliorasiya və irriqasiya sahəsində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
-
Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu Qanunun məqsədi istehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsidir.
-
Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu Bu Qanun hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi, istismarı, yenidən qurulması, bərpası, konservasiyası və ləğv edilməsi zamanı onların təhlükəsizliyinin təmin olunması ilə bağlı münasibətləri tənzimləyir, dövlət hakimiyyəti orqanlarının, qurğu mülkiyyətçilərinin və istismarçılarının vəzifələrini müəyyənləşdirir.
Suların dövlət uçotu Qaydası
Bu Qayda Azərbaycan Respublikasının Su Məcəlləsinə və "Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tədbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır.
DownloadSu mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları
Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli Fərmanına əsasən hazırlanmışdır.
Download-
Suların dövlət uçotu Qaydası Bu Qayda Azərbaycan Respublikasının yerüstü və yeraltı su obyektlərinin istifadəçilərinin və dövlət monitorinqinin uçot məlumatlarına əsaslanaraq, suların dövlət uçotunun qaydalarını müəyyənləşdirir.
-
Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.
-
Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi bu Qayda ilə tənzimlənir.
-
Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə qaydaları Bu Qaydalar balıqçılıq, o cümlədən akvakultura və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə qaydalarını müəyyən edir.
-
Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin əsas məqsəd və vəzifələri mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə riayət olunmasını təmin etməkdir.
-
Su qanunvericiliyi ilə bağlı bəzi qaydalar Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma Qaydaları
Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi Qaydaları
Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları
-
Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası Su təsərrüfatı balansları müvafiq ərazidə su ehtiyatları ilə suya tələbatın müqayisəli hesabat materiallarından ibarətdir.
-
Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə Bu Əsasnamə ümumi istifadədə olan, habelə bütövlükdə və yaxud qismən ayrıca istifadəyə verilmiş su obyektlərindən istirahət və idman üçün istifadə qaydalarını müəyyənləşdirir.
-
Sudan istifadə Qaydaları Bu Qaydalar su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyir.
-
İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları Bu Qaydalar istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydalarını, onlara dair tələbləri müəyyən edir.
-
Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamə Bu Əsasnamə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) su təsərrüfatı istismar təşkilatlan ilə respublika ərazisində yerləşən su istehlakçıları (Sudan İstifadəedənlər Birlikləri istisna olmaqla) arasında sudan pullu istifadə ilə bağlı yaranan qarşılıqlı münasibətləri tənzimləyir.
-
Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında Bu Qaydalar təbiətdən istifadənin pullu olmasının, ətraf mühitə zərərli maddələr atılması (axıdılması, yerləşdirilməsi) üçün iqtisadi tənzimləmə üsullarının əsas prinsiplərini müəyyən edir.
-
Azərbaycan Respublikasında dövlət su kadastrının aparılması qaydaları haqqında Əsasnamə Bu Əsasnamə Dövlət Su Kadastrının aparılmasının əsas prinsiplərini müəyyən edir.